• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Kəngərli rayonunda torpaq kartoqramlarının təqdimatı keçirilib

Akademik Həsən Əliyev adına “Araz’’ Elm İstehsalat Birliyinin, Naxçıvan Muxtar Respublikası Daşınmaz  Əmlak  və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən  Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə Yurdçu kəndində torpaq mülkiyyətçilərinin iştirakı ilə “Bitkilərin qida maddələrinə olan tələbatının ödənilməsi məhsuldarlığı artırır” mövzusunda seminar müşavirə keçirilib.

Müşavirəni Kəngərli Rayon İcra Hakimiyyətinin  əməkdaşı  Ağa Seyidov açaraq rayonda kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlardan danışıb.

Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə müavini Rahət Hacıyev torpaq münbitliyinin əhəmiyyəti və onun artırılması yollarından danışaraq bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçıları əsas istehsal vasitəsi olan torpağının qayğısına qalmalı,  onun münbitliyinin artırılması üçün tələb olunan bütün aqrotexniki tədbirləri vaxtında və düzgün yerinə yetirməlidir. Torpağın münbitliyini artırmaq üçün mülkiyyətçi ilk növbədə onun tərkibindəki qida maddələrinin miqdarını və həmin torpaqda hansı tədbirlərin həyata keçirilməsini bilməlidir. Bunun üçün, əkinə yararlı torpaqlardan torpaq nümunəsi götürülüb analiz olunmalıdır. Torpağın tərkibindəki humus, azot, fosfor, kalium, turşuluq, qələvilik və karbonatlığın miqdarı müəyyənləşdirilməlidir.

Birliyin əməkdaşı Mahmud Mahmudov torpaq analizinin aparılmasının əhəmiyyətindən danışaraq vurğulayıb ki, “Araz” Elm İstehsalat Birliyinin Aqrokimya torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında torpaqların tərkibində olan N-azot, P-fosfor, K-kalium mikroelementləri, torpaqların turşuluğu, duzluluğu, şoranlığı, şorakətliyi, qələviliyi, elektrik keçriciliyi və s. analiz olunaraq mövcud torpaq sahəsi üçün tələb olunan gübrə normaları hesablanır. Hesablanmış gübrə normaları əsasında torpaq xəritələri və qida maddələri kartoqramları hazırlanır. Hər bir zonanın relyefinə, torpaq tipinə, su ehtiyatlarının həcminə, torpaq münbitliyinə və.s görə bitki növləri əkiməlidir. Bir amili də nəzərdə saxlamaq lazımdır ki, əkinlər mütləq mənada Naxçıvan Muxtar Respublikasında sınaqdan keçmiş sortlarla aparılmalıdır. Çünki sınaqdan keçmiş sortların zonanın iqliminə uyğunlaşması ilə yanaşı mövcud ola biləcək xəstəlik və zərərvericilərə yoluxma dərəcəsi də məlum olur ki, bunlara qarşı vaxtında fiziki, bioloji, mexaniki və kimyəvi mübarizə aparılması asan olur.

Birliyin əməkdaşı Nadir Quliyev  Kəngərli rayonunun Qabıllı, Yurdçu, Yeni Kərki və Çalxanqala kəndlərindən analiz olunmaq üçün götürülən torpaq nümunələrindən hazırlanmış torpaq kartoqramları və onlardan istifadə edilməsi haqqında məlumat verib.

Daşınmaz  Əmlak  və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Oktay Məmmədov torpaqlardan səmərəli isdifadə və torpaq mülkiyyətçilərinin  mülkiyyət  hüquqları mövzusunda çıxış edib.

Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb və hazırlanmış torpaq kartoqramları yerli icra nümayəndəliklərinə təhvil verilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsrrüfatı

Nazirliyinin  mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.