• Nazirlik
    Əsasnamə Kollegiya
  • Qanunvericilik
    • Konstitusiyalar
    • Tabeli qurumlar
      • Əsasnamə
      • Nizamnamə
    Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    • Konstitusiyalar
    • Tabeli qurumlar
      • Əsasnamə
      • Nizamnamə
    Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Arıçılarla növbəti müşavirə Ordubad rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Baytarlıq Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan Arıçıları” İctimai Birliyinin əməkdaşları “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar növbəti müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Dəstə kəndində keçiriblər.

Müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əli Heydərov açaraq tədbirin əhəmiyyətindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı’nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Müşavirədə iştirak edən dövlət qurumlarının nümayəndələri mövzu ətrafında çıxışlar ediblər. Çıxışlarda arı ailələrinin qışlamaya hazırlanmasından danışılaraq vurğulanıb ki, qışlama dövründə arı ailələrini soyuqdan qorumaq üçün arı pətəklərini qışlama binasına yığmaq lazımdır. Qışlama binasının çox isti olması yolverilməzdir. Binanın isti olması balın pətəkdə rütubət almaq qabiliyyətinin itməsinə, arıların susuzluq çəkməsinə, arıların topası daxilində temperatur normasının pozulmasına səbəb olar və nəticədə topa parçalana bilər, qışlamanın normal keçməsinə pis təsir göstərər. Noyabr ayından fevral ayının axırınadək arılar fəaliyyətsiz olur, bu müddət ərzində onlar açıq havada saxlandıqda belə uçmur, hətta pətəyin daxilində heç bir iş görmürlər. Bu zaman arılar çərçivələrin arasında yaza kimi bir-birinə möhkəm sıxılır, hərdən yem ehtiyatı olan tərəfə hərəkət edirlər. Başqa həşəratlardan fərqli olaraq arılar qışda anabioz (yuxu vəziyyəti) halında olmur, nəfəs alır, qidalanır və pətəkdə temperaturu 12-20 °C-də saxlayırlar. Arılar qaranlıqda qışlayır, ən zəif işıq belə onlara həyəcan gətirir və qış topasının dağılmasına səbəb olur. Buna görə də qışlama binasında tam sakitlik olmalıdır.

Sonda mütəxəssislər arıçı sahibkarları maraqlandıran sualları cavablandırıb, onlara yaddaş kitabçaları təqdim ediblər.

   Naxçıvan  Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.