• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Arıçılarların iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinin, Naxçıvan Dövlət Universitetinin, AMEA Naxçıvan Bölməsinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları Şahbuz Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Qızıl Qışlaq kəndində arıçılıq təsərrüfatı sahiblərinin iştirakı ilə “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arıxanaların qışlamaya hazırlanmasının əhəmiyyəti” mövzusunda növbəti müşavirə keçiriblər.

Müşavirəni Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Əlizadə açaraq rayonda arıçılığın inkişafı üçün münbit şəraitin olmasından və bu sahəyə marağın artırılmasından danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Umar Şükürlü arı ailələrinin payızda qışlamaya hazırlanması mövzusunda çıxış edərək bildirib ki, arı ailələrini soyuqdan qorumaq üçün arı pətəklərini qışlama binasına yığmaq lazımdır. Qışlama binasının çox isti olması yolverilməzdir. Binanın isti olması balın pətəkdə rütubət almaq qabiliyyətinin itməsinə, arıların susuzluq çəkməsinə səbəb olar. Arıların topası daxilində temperatur normasının pozulmasına səbəb olar və  nəticədə topa parçalana bilər. Bu da  qışlamanın normal keçməsinə pis təsir göstərər. Çıxışda qeyd olunub ki, noyabr ayından fevral ayının axırınadək arılar fəaliyyətsiz olur, pətəyin daxilində heç bir iş görmürlər. Bu zaman arılar çərçivələrin arasında yaza kimi bir-birinə möhkəm sıxılır, hərdən yem ehtiyatı olan tərəfə hərəkət edirlər. Başqa həşəratlardan fərqli olaraq arılar qışda  anabioz (yuxu vəziyyəti) halında olmur, nəfəs alır,  qidalanır və pətəkdə temperaturu 12 – 20 0C-də saxlayırlar. Arılar qaranlıqda qışlayır. Ən zəif işıq belə onlara həyəcan gətirir və qış topasının dağılmasına səbəb olur. Buna görə də qışlama binasında tam sakitlik olmalıdır.

Müşavirədə iştirak edən dövlət qurumlarının əməkdaşları arıçı sahibkarlara göstərilən dövlət maliyyə dəstəyindən, arıçılıqda yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən və payız mövsümündə arıxanalarda aparılacaq baytarlıq tədbirlərinin əhəmiyyətindən danışıblar.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi