• Nazirlik
    Əsasnamə Kollegiya
  • Qanunvericilik
    • Konstitusiyalar
    • Tabeli qurumlar
      • Əsasnamə
      • Nizamnamə
    Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    • Konstitusiyalar
    • Tabeli qurumlar
      • Əsasnamə
      • Nizamnamə
    Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Heyvandarlıq təsərrüfatı sahiblərinin iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Ordubad Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Sabirkənd kəndində heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, ana malların süni mayalandırılması, zoobaytar qaydalarına uyğun qulluq edilməsi və qış otlaqlarından səmərəli istifadə edilməsi” mövzusunda müşavirə keçirilib.

Müşavirəni Ordubad Rayon  İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev açaraq tədbirin əhəmiyyətindən və rayonda heyvandarlıq sahəsində əldə olunmuş uğurlardan danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Umar Şükürlü mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və ana malların süni  mayalandırılmasının əhəmiyyəti mövzusunda çıxış edərək  vurğulayıb ki, son illərdə muxtar respublikada heyvanların cins tərkibinin yaxşılaşdırılması və iri heyvandarlıq təsərrüfatlarının yaradılması bunu deməyə əsas verir ki təsərrüfat sahiblərinin bu sahəyə marağı ilbəil artıb. Süni Mayalanma Mərkəzinin tikilib istifadəyə verilməsi, rayonlarda  və  Naxçıvan  şəhərində  süni  mayalanma  məntəqələrinin sayının 23-ə çatdırılması bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Muxtar respublikada süni mayalanma tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlıq məhsulları istehsalının artmasına ciddi təsir göstərmiş, ət və süd istehsalı artmağa başlamışdır.

Süni mayalanmanın üstünlüklərindən danışan U.Şükürlü qeyd edib ki, ana malların süni mayalanması iqtisadi cəhətdən ucuz başa gəlir, törədici buğaların saxlanması xərci olmur, heyvanların məhsuldarlıq keyfiyyəti yüksəlir. Qısa müddətə yeni cinslərin yaradılması və az məhsuldar cinslərin yaxşılaşdırılması həyata keçirilir. Cütləşmə yolu ilə keçmə ehtimalı olan (trixomonoz, vibroz,  brüsellyoz  və  sair) xəstəliklərin qarşısı alınır, heyvanların qısırlığı ilə mübarizə aparılır və bala alma faizi artır.

Nazirliyinin əməkdaşı Rasim Hacıyev mal-qaranın qışlamaya hazırlanması, zoobaytar qaydalarına uyğun qulluq edilməsi və qış otlaqlarından səmərəli istifadə edilməsindən danışaraq bildirib ki, heyvandarlıqda məhsul keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında mühüm məsələlərdən biri də qışlama dövründə möhkəm yem bazasının yaradılması ilə yanaşı mal-qaranın tam dəyərli yem payları ilə yemlənməsidir. Düzgün yemləmə heyvanların normal törəyib artma funksiyasını və sağlamlığını təmin edən əsas amildir.

Məruzəçi qış otlaqlarından səmərəli istifadə edilməsindən danışaraq qeyd edib ki, torpaqların münbitliyinin artırılması heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm iqtisadi və ekoloji əhəmiyyət daşıyır. Ona görə də mal-qara otlaqlarda sistemli şəkildə otarılmalı, sahələr daşdan, kol-kosdan təmizlənməli, gübrələnməli və davamlı suvarılmalıdır.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.