• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Tarla müşavirəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə Tumbul kəndində torpaq mülkiyyətçilərinin iştirakı ilə "Payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun keçirilməsi, toxumun dərmanlanması və əkinlərin şırım üsulu ilə suvarmasının əhəmiyyəti" mövzusunda maarifləndirici tarla müşavirəsi keçirilib.

Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sadiq Salahov açaraq tədbirin əhəmiyyətindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev çıxış edərək deyib ki, hər bir torpaq mülkiyyətçisi taxıl əkini zamanı bütün aqrotexniki tədbirlərə əməl etməklə yanaşı yüksək keyfiyyətli toxumlardan istifadə etməlidir. Eyni zamanda səpiləcək toxumların əkindən öncə dərmanlanması gələcəkdə yarana biləcək sürmə xəstəliklərinin qarşısının alınması üçün vacib tədbirdir. Mütərəqqi suvarma üsullarından danışan mütəxəssis qeyd edib ki, payızlıq taxılların suvarılmasında şırımlarla suvarma suya qənaət olunması və torpaqların  erroziyadan qorunması, həmçinin münbitliyin artırılması baxımından ən effektli üsul hesab edilir. Eyni zamanda dəmyə əkin sahələrində şırımların çəkilməsi payız-qış mövsümündə yağan yağış və qar sularının həmin şırımlarda toplanmasına səbəb olur ki, bu da yaranan nəmlikdən bitkilərin uzun müddət yararlanmasına şərait yaradır.

Nazirliyin baş məsləhətçisi Əli Hüseynov payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun əkilməsindən danışaraq vurğulayıb ki, muxtar respublikada hava şəraitinin əlverişli olduğu vaxta qədər taxıl əkinlərinin davam etdirilməsi məqsədəuyğundur. Aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi hətta gecikdirilmiş əkinlərdən də yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Kənd

Təsərrüfatı Nazirliyinin

mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.