• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şərur rayonunda maarifləndirici seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı  ilə “Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının xüsusiyyətləri” mövzusunda Şərur rayonunda bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə maarifləndirici seminar keçirilib.

Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Akşin Salmanlı rayonda  bu istiqamətdə həyata keçirilən işlərdən ətraflı bəhs etmiş, keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu gün muxtar respublikamızda həyata keçirilən tədbirlər torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsinə imkan yaradır, bu isə öz növbəsində ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

“Bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri və qarşıya qoyulan vəzifələr” mövzusunda çıxış edərək əsas məqamları Ədliyyə Nazirliyinin Bələdiyyələrlə  iş  mərkəzinin  rəisi   kiçik ədliyyə müşaviri Xəyal Eyvazov diqqətə çatdırıb. Qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin hüququdur. Xəyal Eyvazov bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin qanunvericilklə nəzərdə tutulmuş qaydaları və proseduru, eyni zamanda torpaqların icarəyə verilməsi zamanı bağlanılan müqavilə barədə ətraflı məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Səməddin Əsgərov “Kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin aparılması qaydaları” mövzusunda çıxış edərək bildirib ki, əkinçilik sahəsinə göstərilən dövlət  maliyyə dəstəyi, həyata  keçirilən  ardıcıl  və  məqsədyönlü  tədbirlər  bu  sahənin  ildən-ilə  inkişafına,  məhsuldarlıq  səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov isə “Bələdiyyə mülkiyyətinin idarə edilməsi” mövzusuna toxunub, bu istiqamətdə əsas məqamları və qanunvericilikdən irəli gələn məsələlərə aydınlıq gətirib.   

Seminarda bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı bağlanan müqavilələr,  həmin müqavilələrin tərtibi qaydaları, yerli vergilər, ödənişlər və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət barədə ətraflı məlumat verilmiş, qanunçuluğa əməl olunmasının əhəmiyyəti vurğulanmışdır. Çıxış edənlərin toxunduqları mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi