• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Kəngərli rayonunda seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə Xok kəndində ailə təsərrüfatçıları üçün  maarifləndirici seminar-müşavirə keçirib. Tədbirdə əkin atlaslarına uyğun əkinlərin həyata keçirilməsi, yağ üçün qarğıdalı və günəbaxan bitkilərinin əkilib-becərilmə texnologiyası, bu kimi bitkilərin əkinin genişləndirilməsi və iqtisadi səmərəsi, həmçinin payız şumunun aqrotexniki qaydalar əsasında aparılmasının  əhəmiyyətindən danışılıb.

Müşavirəni Kəngərli Rayon İcra Hakmiyyətinin nümayəndəsi Ağa Seyidov açaraq bölgədə torpaqların münbitliyinin artırılması,  əkinlərin əkin atlaslarına uyğun həyata keçirilməsi, xüsusən də taxıl əkini sahələrinin genişləndirilməsi məsələlərindən danışıb. O torpaq mülkiyyətçilərinin   iqtisadi səmərə gətirə bilən qarğıdalı və günəbaxan kimi bitkilərin əkilib-becərilməsinə də marağının artdığının bildirərk  qeyd edib ki, builki mövsümdə rayonda 162 hektar sahədə qarğıdalı, 53 hektarda isə günəbaxan əkilib.  Hazırda əsas diqqət payızlıq şumun keyfiyyətlə həyata keçirilməsinə və toxum tədarükünə yönəldilib.

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov əkin atlaslarından istifadə edərək yüksək məhsuldarlığa nail olunmasından, aqrar sahədə qəbul edilən dövlət proqramalarının icra vəziyyətindən danışıb, xüsusən də  yağ üçün qarğıdalı və günəbaxan  kimi iqtisadi səmərə gətirən bitkilərin əkilib-becərilmə texnologiyasından danışaraq  bildirib ki, torpaqların münbitliyinin artırılması, mineral və üzvü gübrələrdən səmərəli istifadə kənd təsərrüfatında yağlı bitkilər hesab edilən qarğıdalı və günəbaxan sahələrindən bol məhsul götürməyə imkan verir.

Bu kimi bitkilərdən alınan məhsul həm də sənaye sahəsində  keyfiyyəti xammal kimi istifadə olunur.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Bəhruz Qasımov sahələrdən bol məhsul tədarük edilməsində vacib amillərdən olan yüksək repreduksiyalı toxumun seçilməsindən və toxumların dərmanlanmasının əhəmiyyətindən, nazirliyin sektor müdiri Valeh Mehdiyev əkindən əvvəl torpaqların analiz edilərək torpaqda çatışmayan mikroelemetləri üzvi və mineral gübrələr vasitəsilə torpağa verilərək  keyfiyyətli payız şumunun qaldırılmasında müasir texnika və avadanlıqların rolunun əhəmiyyətindən bəhs ediblər.

Sonda  ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Onlara günəbaxan və qarğıdalı kimi yağlı bitkilərin əkillib-becərilməsi texnologiyası, həmçinin iqtisadi səmərəsi, torpağın əsas becərilməsi barədə hazırlanan yaddaş kitabçaları paylanılıb.

 

Naxçıvan Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin  mətbuat xidməti

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.