• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Arıçılarla növbəti müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Naxçıvan Dövlət Universitetinin, AMEA Naxçıvan Bölməsinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları Babək Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Nəzərəbad kəndində arıçılıq təsərrüfatı sahiblərinin iştirakı ilə “Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arıxanaların qışlamaya hazırlanmasının əhəmiyyəti” mövzusunda növbəti müşavirə keçiriblər.

Müşavirəni Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Seyidov açaraq rayonda arıçılığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Umar Şükürlü arı ailələrinin payızda qışlamaya hazırlanması mövzusunda çıxış edərək bildirib ki, arıların  qışlamadan çıxması və yazda sürətli inkişafı onların payız dövründə yetişdirilməsindən bilavasitə asılıdır. Payızda arıçının əsas vəzifəsi güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirməkdən ibarətdir.  Arı pətəklərindən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Qış- yaz dövrü üçün ballı – güləmli şanların hazırlanmasına əsas gəlir dövrünün birinci yarısında başlanmalıdır. Çünki arılar həmin vaxt yüksək keyfiyyətli bal toplayır. Qışlama dövrü üçün ehtiyat yemin kifayət qədər olması böyük əhəmiyyətə malikdir. Payız-qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin 70 %-i pətəkdə, qalan hissəsi isə anbarda saxlanmalı və ehtiyac olduqda arı ailələrinə verilməlidir. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivəarası arı üçün 2-2,5 kq bal saxlanmalıdır.

Çıxışda vurğulanıb ki, muxtar respublikada qışın sərt şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri əsasən qışlama binalarında saxlanılır. Qışlama binalarında temperatur həmişə -2 və +3 0C dərəcə arasında olarsa, arı ailələri normal qışlayar və az yem məsrəf edərlər.

Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Fariz Şıxəliyev və tədbirdə iştirak edən dövlət qurumlarının əməkdaşları mövzu ətrafında çıxışlar edərək arıçılıqda məhsuldarlığın artırılmasında vacib tədbirlərdən biri kimi arı ailələrinin payızda qışlamaya hazırlanması işinin düzgün təşkili və arıxanalarda cavan arı analarının olmasının əhəmiyyətindən danışıblar.      

Sonda təsərrüfatçıları maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan maarifləndirici bukletlər müşavirə iştirakçılarına paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.