• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Qaraçuq kəndində heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Qışlama dövründə ana qoyun və keçilərin zoobaytar qaydalarına uyğun saxlanması, yemlənməsi və baytarlıq sanitariya tədbirlərinin düzgün həyata keçirilməsinin əhəmiyyəti” mövzusunda müşavirə keçirilib.

Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev açaraq tədbirin əhəmiyyətindən və heyvandarlıq sahəsində əldə olunmuş uğurlardan danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayev qışlama dövründə ana qoyun və keçilərin zoobaytar qaydalarına uyğun saxlanması və yemlənməsinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, muxtar respublika ərazisinin çox hissəsinin dağlıq olması, qoyunçuluğun inkişafı üçün əlverişlidir. Təsərrüfatlarda çox məhsuldar “Balbas” və “Mazex” cinsli heyvanlar saxlanılır ki, bu da digər cinslərə nisbətən daha çox ət, yun və süd verirlər. Qoyunlar gövşəyən heyvanlar olmaqla, bütün il boyu otarılan heyvan sayılır. Qoyunlar pəyə şəraitində saxlandıqda onlar üçün ən yaxşı yem quru ot hesab olunur. Qoyunlar yumşaq dağ otunu və müxtəlif bitkilərlə zəngin biçənəklərin otunu daha yaxşı yeyir. Əkmə otlardan yonca, xəşənbül və körpə vaxtı biçilmiş sorqo qoyunlar üçün əlverişli yem hesab edilir. Çünki onlar, xüsusən yonca zülallarla, mineral maddələrlə və amin turşuları ilə zəngindir. Qoyunlar üçün quru otdan başqa paxlalı və yazlıq dənli bitkilərin samanı da qiymətli qaba yemdir. Bu bitkilərdən noxudu, vələmiri, darını, arpanı və buğdanı göstərmək olar. Yem çatışmadıqda qoyunlara az qidalı payızlıq bitkilərin küləşi və samanı xırdalanib buxara verilərək şirəli yemlərlə qarışdırılıb verilməsi məsləhətdir.

Nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin aparıçı məsləhətçisi Umar Şükürlü baytarlıq-sanitariya tədbirlərinin düzgün həyata keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, təsərrüfatların inkişaf etdirilməsində və heyvanların sağlamlığının qorunmasında baytarlıq-sanitariya və gigiyena tədbirlərinin həyata keçirilməsinin çox böyük əhəmiyyəti vardır.

Heyvandarlıq binalarının daxili havasında həmişə müxtəlif mikroblar və toz hissəcikləri olur. Belə hava mühitində xəstə heyvanlar olduqda hava damcıları (aerozol) xəstəlik törədicilərinin yayılması üçün şərait yaradır və nəticədə digər sağlam heyvanlar da xəstələnə bilir. Binalarda havanın zərərsizləşdirilməsi üçün bir sıra kimyəvi, fizioloji vasitələrdən istifadə edilməlidir. Bunlardan süd və sirkə turşularını, kalsium hipoxloridi, ionizasiyanı, ultrabənövşəyi şüaları və.s göstərmək olar. Tövlələrdə havanın təmiz olması ventilyasiya sistemindən, yemin paylanmasından və optimal mikroiqlimdən çox asılıdır. Bunun üçün fermalarda daxili iş rejiminə ciddi riayət edilməlidir.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin 
mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.