• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Culfa  Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Bənəniyar kəndində heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Heyvandarlığın inkişaf etdirilməsi, qışlamaya hazırlıq və qış otlaqlarından səmərəli istifadə edilməsi” mövzusunda müşavirə keçirilib.

Müşavirəni Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Rauf Kazımov açaraq rayonda heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev heyvandarlığın inkişaf etdirilməsindən danışaraq qeyd edib ki, etibarlı ərzaq təminatı, iqtisadi sabitliyin və sosial dayanıqlılığın başlıca şərtidir. Ona görə də cəmiyyətimizin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Muxtar  respublikada heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək və məhsuldarlığı yüksəltmək üçün sahibkarlar tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Heyvandarlığın ən gəlirli və mühüm sahələrindən olan qoyunçuluq əhalinin ərzaq məhsullarına olan tələbatında və sənayenin xammalla təmin edilməsində mühüm rol oynayır. Qoyunlar başqa heyvanlara nisbətən yerli iqlim şəraitinə daha yaxşı uyğunlaşmaqla yanaşı, az məsrəflə keyfiyyətli və ucuz məhsullar (ət, yun, süd və sair) verirlər.

Nazirliyin baş məsləhətçisi Rasim Hacıyev qış otlaqlardan səmərəli istifadə edilməsinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, heyvandarlıq sahəsində qarşıya qoyulan vəzifələr yalnız yem bazasının əsaslı surətdə yaxşılaşdırıldığı şəraitdə yerinə yetirilə bilər. Nəzərə almaq lazımdır ki, heyvanların, xüsusən də yüksək məhsuldar heyvanların düzgün yemlənməsi nəinki, süd, ət və digər heyvandarlıq məhsullarının artmasına səbəb olur, həmçinin normal bala alınmasına da müsbət təsir göstərir. Məhsuldar heyvan tələb olunan miqdarda qida maddələri almazsa, onda bir müddət orqanizmdə toplanan qida maddələri fondundan istifadə edəcək, bu hal uzun müddət davam edərsə heyvan get-gedə arıqlayacaq, məhsuldarlığı aşağı düşəcək və bəzi xəstəliklərə daha həssas olacaqdır. Məhz buna görə də heyvanlar məhsuldarlıq dövrlərində tələb olunan miqdarda bu və ya digər qida maddələri ilə zəngin, tam dəyərli yem rasionları ilə yemlənməlidir.

Nazirliyin aparıcı məsləhətçisi Umar Şükürlü heyvandarlıqda qışlamaya hazırlıqla bağlı çıxış edərək bildirib ki, heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtında və düzgün aparılmasına diqqət yetirilməli, qaba və qüvvəli yem vahidi düzgün hesablanmalıdır. Muxtar respublikada iqlim şəraitindən asılı olaraq mal-qaranın qışlama (pəyə) dövrü aran zonasında 180-190 gün, dağlıq rayonlarda isə 8 aya qədər davam edir. Heyvanlar ilin ən azı yarısını binalarda keçirir ki, bu da mal-qaranın sağlamlığına və məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Qışlamaya hazırlığın başlıca vəzifələrindən biri də mal-qara saxlanan binaların təmir edilib əlverişli vəziyyətə gətirilməsidir. Mal-qarası çox olan iri təsərrüfat sahibləri mal-qaranın yaşına, məhsuldarlığına,  fizioloji vəziyyətinə uyğun bina və bölmələr hazırlamalıdır. Əvvəlcə binalar və tikililər peyin qalıqlarından təmizlənməli, uçuq-sökük yerlər hörülməli, qapı və pəncərələr saz vəziyyətə salınmalıdır. Mal-qara saxlanan binaların işıqlı olması üçün mövcud pəncərələrin tutulmasına yol verilməməlidir.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.