• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən Babək Rayon İcra Hakimiyyəti ilə birlikdə Nehrəm qəsəbəsində heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri ilə “Qaramalın cins tərkibinin yaxşılaşdırılması, qızdırma xəstəliyinə qarşı profilaktiki və müalicəvi tədbirlərin aparılmasının əhəmiyyəti” mövzusunda görüş keçirilib.

Tədbiri Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Seyidov açaraq, rayonda heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də qaramalın cins tərkibinin yaxşılaşdırılmasıdır. Son illərdə muxtar respublikamızda heyvanların cins tərkibinin yaxşılaşdırılması, iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq düyələrin idxal edilməsi nəticəsində süni mayalandırma işinə daha çox tələbat yarandığından kənd yerlərində bu sahəyə maraq daha da artmışdır. Ötən il muxtar respublikada Süni Mayalama Məkəzinin  yaradılması, Naxçıvan şəhərində və rayonlarda  yeni süni mayalanma məntəqələrinin sayının 23-ə çatdırılması süni mayalanma işinin daha da mütəşəkkil şəkildə aparılmasına öz töhfəsini verəcəkdir. Süni mayalanmanın aparılmasında məqsəd ən qiymətli törədicilərdən maksimum dərəcədə istifadə etməklə, heyvanların damazlıq keyfiyyətini qısa müddətdə yaxşılaşdırmaq, qısırlığı ləğv etmək, təbii cütləşmə zamanı baş verə biləcək xəstəliklərin qarşısını almaqdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, qısırlığın aradan qaldırılması üçün dünya praktikasında ən mütərəqqi biotexnoloji üsul hesab olunan süni mayalanma tədbirləri iqtisadi cəhətdən çox əhəmiyyətli olub damazlıq-seleksiya işlərinin əsasını təşkil edir. Sahibkarlar öz təsərrüfatlarında yetişdirdikləri ana mallara süni mayalanma metodunu tədbiq edərək, heyvanların cins tərkibinin yaxşılaşdırar, qısırlığı minumuma endirər, mal qaranın cins tərkibini yaxşılaşdıraraq yüksək məhsuldar cinslər əldə etmiş olarlar.

Mütəxəssis həmçinin vurğulayıb ki, hazırda yay mövsümü ilə əlaqədar  heyvanlar arasında günvurma hallarına daha çox rast gəlinir. Bu baxımdan sahibkarların günvurma hallarının kliniki əlamətlərini bilməsi və bunlara qarşı mübarizə tədbirlərinin aparması vacibdir. Heyvanlar uzun müddət qızmar günəş altında saxlandıqda günvurmaya daha tez mәruz qalır. Günvurma zamanı əvvəlcə heyvanda ümumi zəiflik, oyanma, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formada olduqda heyvan huşunu itirərək yıxılır, bəbəkləri genəlir, reflekslər kəskin surətdə zəifləyir. Xəstə heyvana vaxtında müvafiq baytar yardımı göstərildikdə 2-3 saat ərzində ürək-damar və tənəffüs sistemlərində mövcud olan pozğunluqlar aradan qaldırılır, lakin heyvanda ümumi zəiflik hələ bir neçə gün davam edir.  Odur ki, heyvan sahibləri və fermerlər yay dövründə daha diqqətli olmalıdır. İsti hava şəraitində kənd təsərrüfatı heyvanlarını günün isti vaxtlarında günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına riayət etməklə kölgədə saxlamaq və sərin su ilə təmin etmək lazımdır.

Tədbirdə ailə təsərrüfatlarında saxlanılan mal-qaraya zoobaytar qaydalarına uyğun qulluq edilməsi, məhsuldarlığın artırılması, süd məhsullarının hazırlanmasında gigiyenik qaydalara əməl edilməsi haqqında iştirakçılara ətraflı məlumat verilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb, onlara yaddaş kitabçaları paylanıb.

 Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.