• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Qabaqcıl ailə təsərrüfatçıları və torpaq mülkiyyətçilərinin iştirakı ilə müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Şıxmahmud kəndində qabaqcıl ailə təsərrüfatçıları və torpaq mülkiyyətçilərinin iştirakı ilə “Aqrar sahənin inkişafı istiqamətində qəbul edilmiş dövlət proqramlarının əhəmiyyəti və yaz əkinlərinə aqrotexniki qaydalara uyğun qulluq edilməsi” mövzusunda müşavirə keçiriblər.

Müşavirəni Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Budaq Yusifov açaraq tədbirin əhəmiyyətindən və aqrar sahayə göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər planı”nda qarşıya qoyulmuş tapşırıqlardan  danışaraq qeyd edib ki, intensiv əkinçilik şəratində kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlığa nail olmaq üçün torpağın balansını və humusunu nizamlamaq lazımdır. Bunun üçün torpaq mülkiyyətçiləri növbəli əkinlərə üstünlük verməli, əkindən əvvəl torpağı analiz etdirməli, üzvi və mineral gübrələri elmi əsaslarla torpağa verməlidirlər. Torpağın münbitliyini artırmaq üçün bitki və heyvan mənşəli çürüntülərdən, üzvi gübrələrdən-peyin şirəsi, torf, quş zılı, kompost və yaşıl gübrələrdən istifadə edilməsi çox əhəmiyyətlidir. Həmçinin  Fəxrəddin Əliyev  “Aqrar sığorta Qaydaları”nda edilmiş dəyişikliklərlə bağlı məlumat verərək bildirmişdir ki, aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə əlavə 5 risk (sel və ya subasma; leysan; ildırım; şaxtavurma; normadan artıq yağan qar yağıntıları; kimyəvi maddələrin təsirindən zəhərlanmə nəticəsində əkinlərin məhv olması) daxil edilmişdir.

Nazirliyin baş məsləhətçisi Əli Hüseynov yaz əkinlərində aparılan aqrotexniki tədbirlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, əkin sahələrində suvarmaların düzgün təşkili, xəstəlik və zərərvericilərə qarşı mübarizənin vaxtında aparılması, alaq otlarına qarşı mexaniki və kimyəvi mübarizənin optimal müddətdə aparılması bitkilərin normal inkişafını təmin etməklə keyfiyyətli məhsul əldə etməyə şərait yaradır.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.