• Nazirlik
    Əsasnamə Kollegiya
  • Qanunvericilik
    • Konstitusiyalar
    • Tabeli qurumlar
      • Əsasnamə
      • Nizamnamə
    Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    • Konstitusiyalar
    • Tabeli qurumlar
      • Əsasnamə
      • Nizamnamə
    Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvanda 300-ə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı texnikalarının qeydiyyatı və texniki nəzarəti istiqamətində şəffaflığın artırılması və idarəetmənin rəqəmsallaşdırılması məqsədilə bir sıra yeniliklər tətbiq olunub.

Ötən ildən etibarən Naxçıvan Aqrar Xidmətlər Mərkəzi “TexnazApp” adlı daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sisteminə qoşulub. Bu sistem vasitəsilə kənd təsərrüfatı texnikalarının qeydiyyatı daha çevik və nəzarətolunan şəkildə həyata keçirilir. Bu günə qədər muxtar respublika üzrə 146-sı ilkin, 151-i isə təkrar qeydiyyat olmaqla, ümumilikdə 297 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda 11 texnika istismara yararsız olduğuna görə uçotdan çıxarılıb, 394 nəqliyyat vasitəsinə isə dövlət texniki baxışı keçirilib.

Yeni yanaşmalardan biri də mexanizatorların elektron sistem üzrə imtahanlara cəlb edilməsidir. Ötən il ilk dəfə tətbiq olunan bu sistem vasitəsilə 131 mexanizator imtahan verərək traktor və digər kənd təsərrüfatı texnikasını idarə etmək üçün sürücülük vəsiqəsi əldə edib. Həmçinin 252 vəsiqə yenilənib.

Qeyd edək ki, texniki baxış və qeydiyyat proseslərinin daha əlçatan olması üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən vətəndaşlara səyyar xidmətlər göstərilir. Cari ilin əvvəlindən etibarən Şərur, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarından olan texnika istifadəçiləri üçün  bu xidmətlər təşkil olunub.

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.