• Nazirlik
    Əsasnamə Kollegiya
  • Qanunvericilik
    • Konstitusiyalar
    • Tabeli qurumlar
      • Əsasnamə
      • Nizamnamə
    Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    • Konstitusiyalar
    • Tabeli qurumlar
      • Əsasnamə
      • Nizamnamə
    Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Payızlıq əkin mövsümündə Naxçıvana 27 müasir traktor gətirilib

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının modernləşdirilməsi və fermerlərin texnika təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən payızlıq əkin mövsümündə muxtar respublikaya 7 model üzrə 27 ədəd müasir traktor gətirilib.

Fermerlər bu texnikaları həm nağd ödəniş, həm də lizinq şərtləri ilə əldə edə bilərlər. Satış “Naxçıvan Aqroservis” ASC tərəfindən həyata keçirilir. Yeni texnikaların istifadəsi əkin sahələrində işlərin daha sürətli, keyfiyyətli və səmərəli həyata keçirilməsinə şərait yaradır. Bu, həm vaxta və vəsaitə qənaət deməkdir, həm də məhsuldarlığın artmasına mühüm töhfədir.

Qeyd edək ki, son iki ildə fermerlərə, ümumilikdə 21 model üzrə 99 kənd təsərrüfatı texnikası satılıb. Bu texnikaların ümumi dəyəri təxminən 3 milyon manata bərabərdir. 2023-cü ildə muxtar respublikada kənd təsərrüfatı texnikalarının lizinq mexanizmi hazırlanmış, lakin müvəkkil kredit təşkilatının müəyyən olunmaması səbəbindən tətbiq edilə bilməmişdi. Artıq bu istiqamətdə zəruri işlər görülüb və fermerlər texnikaları lizinq əsasında da əldə edə bilirlər. Gələcəkdə fermerlərin artan tələbatı nəzərə alınaraq, muxtar respublikaya daha çox sayda müasir kənd təsərrüfatı texnikasının gətirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.